Ukrayna tankı bir körpəni əzdi, şəhər qarışdı - VİDEO

Ukraynanın Donetsk bölgəsində yerləşən Ukrayna ordusunun nəzarəti altındakı Konstantinovkada dünən günorta saatlarında bir ana ilə körpə hərbi tankın altında qalıb. Maide.az xəbər verir ki, Ukrayna ordusuna məxsus tankın əzdiyi körpə ölüb, ananın hazırda komada olduğu bildirilir. Hadisə yerində olan başqa bir uşağın isə yaralanmadan xilas olduğu deyilir.
 
Hadisədən sonra tankın içərisində şəxsi heyət şəhər sakinlərinin hücumuna məruz qalıb. Xalq kütləsi Ukrayna əsgərlərinə daş və dəyənəklərlə hücum edib. Aranı sakitləşdirmək üçün bölgəyə əlavə ordu qüvvələri yeridilib. 

Google+ WhatsApp ok.ru