UNİCEF təşkilatı İmam Əlinin (ə) hərəmində olub

Maide.az-ın ABNA.ir-ə istinadən verdiyi məlumata görə, UNİCEF beynəlxalq təşkilatının idarə heyətinin nümayəndələri İmam Əli (ə) hərəminə gəlib və buranın rəsmiləri ilə görüşüb.
 
Görüşdə ziyarətgahın bəzi dövlət idarələri ilə əməkdaşlıq məsələsi, Mosuldan olan  minlərlə qaçqına yardım təşəbbüsü haqda danışıqlar aparılıb.
 
Danışıqlarda Hərəmin daxili gəlirləri hesabına qaçqınlar üçün 50 min nəfərlik yaşayış məskəninin salınması planları və təşkilatın Nəcəf şəhərində daimi nümayəndəliyinin yaradılması haqda planlar müzakirə olunub.
 
Qonaqlar bu təklifin Nəcəf rəsmiləri ilə danışıqlarda əsas müzakirə mövzusu olacağını bildiriblər. Nümayəndə heyəti yaxın günlərdə ev-eşiklərini itirmiş məcburi köçkünlərə humanitar və tibbi yardım göstəriləcəyini vəd edib.
 
Ziyarətgahın rəsmi nümayəndəsi Zəhir Şərbi verdiyi müsahibədə bildirib ki, UNİCEF nümayəndə heyəti Hərəmi ziyarət etdikdən sonra qaçqınların yaşadıqları məhəllələrə və evlərə gedib, qaçqınlara yoluxucu xəstəliklərin qarşısını alan antinfeksion vasitələr paylayıblar.

Google+ WhatsApp ok.ru