Bəşər Əsəd Suriya hökumətinin yeni tərkibini təsdiq edib 10 Avqust 2021 16:15 Dünya Suriya Prezidenti Bəşər Əsəd yeni hökumətin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Maide.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Prezident dəftərxanasının feysbuk səhifəsində məlumat paylaşılıb. Sənədə görə, hökumətə Baş nazir Hüseyn Arnus rəhbərlik edəcək. İyunun 11-də sabiq Baş nazir İmad Hamisin istefasından sonra məhz o, Nazirlər Kabinetinin başçısı vəzifəsini icra edirdi. Ümumilikdə, Suriya hökumətində 29 nazir olub. Onlardan ikisi qadındır. Qadın nazirlər Mədəniyyət Nazirliyinə və Sosial İşlər və Əmək Nazirliyinə başçılıq edirlər. Xatırladaq ki, iyulun 19-da Suriyada parlament seçkiləri keçirilib. Seçkilərdə hazırkı Prezidentin “Bəəs” partiyasının başçılıq etdiyi “Milli Proqressiv Cəbhə” koalisiyası qalib gəlib. Koalisiya parlamentdəki 250 yerdən 177-nə yiyələnib Teqlər : #Bəşər,#Əsəd,#Suriya,#hökumətinin,#yeni,#tərkibini,#təsdiq,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ 'Hizbullah'a sanksiya tətbiq etdi Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri bin Nayifın tərəfdarlarının həbsini davam etdirir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO