UNICEF: İnternetin yaratdığı təhlükələr barədə uşaqların məlumatlarını artırmalıyıq 01 Noyabr 2018 12:06 Dünya Biz uşaqları qoruyuruq, onların təhlükəsizliyinin təmini üçün proqramlar yaradırıq, amma uşaqlara internetin yaratdığı təhlükələr barədə də danışmalı, onların bununla bağlı məlumatlarını artırmalıyıq. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin "Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramının (“Kidsafe”) təqdimatında çıxış edərkən deyib. Onun sözlərinə görə, hazırda internet uşaqlar üçün geniş imkanlar yaradır: "Əslində, onun yaratdığı geniş imkanlardan istifadə etməliyik, bu imkanları məhdudlaşdırmamalıyıq. Ancaq təəssüflə onu da etiraf edək ki, cəmiyyətdə bəzi şəxslər internetin imkanlarından istifadə edərək insanlara zərər vururlar. Odur ki, biz onun qarşısını almaq üçün tədbirlər görməliyik". E.Karvardin bildirib ki, uşaqların müdafiəsi üçün xüsusi proqramlardan istifadə etmək onların internet təhlükəsizliyinin təminində böyük rol oynayır. Maide.Az Teqlər : #UNICEF:,#İnternetin,#yaratdığı,#təhlükələr,#barədə,#uşaqların,#məlumatlarını,#artırmalıyıq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ötən 10 ay ərzində 106 jurnalist öldürülüb - HESABAT 56 min 500 miqrant ya ölüb, ya itkin düşüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO