UNRWA Yərmuk düşərgəsində silahlı qarşıdurmalar barədə hesabat verib

Maide.az-ın məlumatına görə, BMT-nin Fələstinli Qaçqınlara Əmək və Yardım Agentliyinin Suriyadakı direktoru Maykl Kinqsli Dəməşqin 5 km cənubunda yerləşən Yərmuk düşərgəsinin hazırkı vəziyyəti barədə BMT Təhlükəsizlik Şurasına hesabat təqdim edib. 
 
Bu hesabatda bildirilir: Yərmuk düşərgəsində vəziyyət ağır silahlı döyüşlərə görə acınacaqlıdır. 
 
Bu döyüşlər sivillərin təhlükəyə düşməsinə səbəb olub. 
 
Hesabata əsasən, 28 apreldən 1 maya qədər gecə qarşıdurmaları bir neçə günlük stabilliyi pozub. 
 
BMT sözçüsü Stefan Dojarrik deyib: Fələstinli Qaçqınlara Əmək və Yardım Agentliyi hal-hazırda bu döyüşlərdə sivillərin tələfatını müəyyənləşdirə bilmir. Lakin ağır silahlardan istifadə olunan bu qarşıdurmalarda şəxsi əmlaka ciddi xəsarətlərin dəyməsi barədə etibarlı məlumatları əldə edib.

Google+ WhatsApp ok.ru