Vəhhabi terrorçuları məscidlərdən Peyğəmbərin adlarını çıxardır

Vəhhabi-sələfi İŞİD terror təşkilatı cinayətlərinin davamında İraqın Mosul şəhərindəki məscidlərdən Peyğəmbərimizin adının olduğu yazıları çıxardığını bildiriblər.
 
Maide.az xəbər verir ki, İraqın Əl-Suməriyə xəbər mərkəzinin bildirdiyinə görə, həmin mənbənin dünən yaydığı bəyanatda terror təşkilatı İŞİD-in bundan sonra heç bir dəlil göstərmədən Mosul məscidlərinin rəhbərlərindən Peyğəmbərimizin adı olan bütün yazıların pozulması əmri verdiyi qeyd olunub.
 
Digər tərəfdən Neynəva rayonundakı mənbə terror təşkilatının xalqın gözü qarşısında Mosulun mərkəzi Babul Tub bölgəsindəki Əl-Xızır məscidini viran etdiyini qeyd edib.
 
Dəclə çayı sahilində yerləşən Əl-Xızır məscidi regiondakı ən mühüm tarixi əsərlərdən biri sayılır.

Google+ WhatsApp ok.ru