Vatikan: Ərbəin mərasimi həqiqi İslamın fotoşəkilidir

Xristian Ziyarət Turizmi və Vatikan Papalıq Şurasının katibi Libero Andradina Ərbain ziyarətinin həqiqi İslamın fotoşəkili olaraq xarakterizə edib.
 
Maide.az xəbər verir ki, Libero Andradina İraqda olan Vatikan səfirliyinə göndərdiyi məktubda bunları qeyd edib: "İŞİD terror təşkilatının İslamın həqiqi simasını pozmaq səylərinə baxmayaraq, həqiqi İslamın üzünü milyonlarla insanın qatıldığı Ərbəin mərasimində görmək mümkündür."
 
İmam Hüseyn (ə) türbəsinin katibliyi tərəfindən verilən açıqlamaya görə, bu il İraq və xarici ölkələrdən ümumilikdə 20 milyon ziyarətçi Ərbəin mərasiminə qatılıb.
 
İraq Şiə Məclisi başçısı Şeyx Sami Məsudi milyonlarla ziyarətçinin qatıldığı Ərbəin barədə belə deyib: "Cani İŞİD terrorçularının icad etdiyi qorxu və çaxnaşma mühitinə qarşılıq rekord səviyyədəki bu mərasimin Ginnes Rekordlarına yazılmasını gözləməkdəyik."

Google+ WhatsApp ok.ru