Venesuelada etirazlar zamanı 15 yaşlı yeniyetmə öldürüldü

Venesuelada etirazlar zamanı 15 yaşlı yeniyetmə öldürüldü

Venesuelada kütləvi etirazlar zamanı yeniyetmə oğlan öldürülüb. Bu  haqda ölkə Prokurorluğu açıqlama verib.
 
“Venesuelanın Taçira ştatının səlahiiyyətli prokuroru San-Krostobale şəhərindəki etirazlar zamanı həyatını itirmiş 15 yaşlı yeniyetmə ilə bağlı araşdırma aparır.”, - deyə Prokurorluğun “Twitter” səhifəsində yazılıb.
 
“Universal” portalının məlumatına əsasən, gənc anasının xahişi ilə mağazaya un almağa gedən zaman öldürülüb. Güllə onun belindən girərək, qarın boşluğundan çıxıb. Yaralıya əməliyyat edilsə də, onun həyatını xilas etmək olmayıb.
 
Ölkə rəhbərliyi rəsmi şəkildə təsdiq edib ki, aprel ayının əvvəlindən başlamış etirazlar zamanı artıq 43 nəfər dünyasını dəyişib.
 
Qeyd edək ki, Venesuelada gedən etirazlar aprel ayının 4-ü Ali məhkəmənin qərarından sonra başlayıb. Həmin qərara əsasən, müxalif “Milli Assambleyanın” səlahiyyətləri ciddi şəkildə məhdudlaşdırılır. Qərar sonradan ləğv edilsə də, müxalifət tərəfdarları məhkəmə üzvlərinin istefası və vaxtından əvvəl seçkilərin keçirilməsi tələbi ilə küçərələrə çıxıblar. Artıq onlar təsis iclasının çağırılmasına da qarşı etiraz edirlər.(İslamazeri)
 

Google+ WhatsApp ok.ru