Venesuelada fövqəladə iqtisadi vəziyyət 60 gün müddətinə uzadılıb 14 İyul 2016 01:00 Dünya Ölkə prezidenti Nikolas Maduro müvafiq sərəncamı bu ilin yanvar ayında imzalamışdı Venesuelada fövqəladə iqtisadi vəziyyətlə bağlı fərman növbəti 60 gün müddətinə uzadılıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Gaceta Oficial" hökumət nəşrində məlumat verilib. Ölkə prezidenti Nikolas Maduro müvafiq sərəncamı bu ilin yanvar ayında imzalamışdı. O, bu addımı "iqtisadi müharibə" zamanı əhalini qorumaq üçün icra hakimiyyətinə geniş səlahiyyət vermək üçün atmışdı. Fövqəladə iqtisadi vəziyyətin müddətini uzatmaq qərarı ölkədə sosial, iqtisadi, siyasi, təbii və ekoloji planda acınacaqlı vəziyyətin qalması və bunun milli iqtisadiyyata mənfi təsiri fonunda qəbul edilib. Qeyd edək ki, son yarım il ərzində Venesuelada uzunsürən maliyyə-iqtisadi böhran fonunda kəskin əmtəə və ərzaq çatışmazlığı yaranıb. May və iyun aylarında ölkənin bəzi regionlarında vətəndaşların mövcud vəziyyətlə bağlı keçirdiyi etiraz aksiyası isə hətta polislə qarşıdurmaya çevrilib. Teqlər : #Venesuelada fövqəladə iqtisadi vəziyyət 60 gün müddətinə uzadılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Zika` virusu ilə əlaqədar fövqəladə vəziyyət Brüssel səhəri partlayışlarla açdı - VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO