Venesuela neft istehsalçılarına çağırış etdi: İXRACI DAYANDIRIN 12 Fevral 2016 02:00 Dünya Neft istehsal edən ölkələr neft ixracını “dondurmaq” məqsədilə OPEK-ə üzv olan dövlətlər və neft istehsalçısı olan digər ölkələr arasında konsensusa nail olmağa çalışırlar. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, neft istehsalının hazırkı səviyyədə dondurulmasına dair təklif Venesuelanın neft naziri Euloxio del Pinonun Rusiya, İran, Qətər və Səudiyyə Ərəbistanı kimi neft istehsalçısı olan ölkələrə səfəri zamanı səsləndirilib. Rusiya və Qətər danışıqların digər iştirakçıları arasında konsensusun əldə olunacağı təqdirdə, bu ideyaya dəstək verəcəklərini əvvəlcədən bildiriblər. Mənbə “Reuters”ə açıqlamasında bu ideyanın Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənəcəyini istisna etməyib: “Lakin bu barədə danışmaq tezdir, çünki dünya bazarına yenicə çıxış əldə etmiş İranın davranışı müəmmalıdır”. “Venesuelanın neft naziri OPEK-in iyun ayına planlaşdırılmış sammitindən əvvəl müşavirə keçirmək niyyətindədir. Məqsəd neft istehsalının azaldılmasına və ya neft istehsalının hazırkı səviyyədə dondurulmasına dair konsensusa nail olmaqdır”, - deyə məsələ ilə yaxından məlumatlı olan mənbə qeyd edib. Teqlər : #Venesuela neft istehsalçılarına çağırış etdi: İXRACI DAYANDIRIN, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriyada bir həftə ərzində atəşin dayandırılmasına dair razılıq əldə olunub Gürcüstanda iri metallurgiya zavodu işini dayandırıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO