Vladimir Putinin Səudiyyə Ərəbistanına səfərinin detalları açıqlandı

Vladimir Putinin Səudiyyə Ərəbistanına səfərinin detalları açıqlandı

Rusiya prezidenti Vladimir Putinin oktyabrın ortasında Səudiyyə Ərəbistanına səfər edəcəyi bildirilib. 

  Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov Səudiyyə Ərəbistanı krallığının "Milli gün"ü bayram tədbirində açıqlayıb. 

“Oktyabrın ortasında”,- deyə M.Boqdanov Putinin Ər-Riyada nə zaman səfər edəcəyi ilə bağlı sualına cavab olaraq bildirib.   

O qeyd edib ki, "səfər iki xalq və ölkə arasında ənənəvi dostluğun möhkəmlənməsinə əlavə təkan verəcək, eyni zamanda Yaxın Şərqdə və Fars körfəzi bölgəsindəki son hadisələrə dair daha böyük koordinasiya rolunu oynayacaq". 

 Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Putinin krallıq ziyarətinin oktyabrda baş tutacağını bildirmişdi.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru