Wall Street Journal: İran Keşikçilər Korpusunun kiber qüvvələri bir neçə ABŞ rəsmisinin e-poçtunu dağıdıb

Amerikada çıxan Wall Street Journal jurnalı xəbər verib ki, İran İslam İnqilabının Keşikçilər Korpusunun kiber qüvvələri son həftələrdə ABŞ Dövlət Departamentinin bir neçə vəzifəli şəxsinin, bir neçə jurnalistin və professorun e-poçtuna kiber hücum edib.
Maide.az xəbər verir ki, qəzet yaydığı xəbərdə adının çəkilməyini istəməyən ABŞ rəsmilərinə istinadən bu hücumları Siyamək Namazinin Tehranda həbs olunmağı ilə əlaqələndirib. A
BŞ rəsmiləri hesab edirlər ki, o həbs olunduqdan sonra Keşikçilər Korpusunun bir müddətdir davam edən kiber hücumları artıb.
Çoxsaylı məlumatlara görə, “Cresent” Neft Şirkətinin Strateji Planlaşdırma ürə rəhbəri olan İran əsilli amerikalı Siyamək Namazi oktyabr ayının ortalarında Tehranda saxlanılıb.
İran rəsmiləri indiyədək onun həbsi xəbərini təsdiq və ya təkzib etməyiblər./
 
 

Google+ WhatsApp ok.ru