Wifo: Qarşılıqlı sanksiyalar Avropa İttifaqına 100 mlrd. avroya başa gələcək

Neftin ucuzlaşması fonunda Avropa İttifaqı (Aİ) ilə Rusiyanın qarşılıqlı tətbiq etdiyi sanksiyalar köhnə qitə iqtisadiyyatının 100 mlrd. avro itirməsinə səbəb olacaq.
 
Bu barədə Avstriya iqtisadi araşdırmalar institutunun (Wifo) analitiklərinin hazırladığı hesabatda deyilir.
 
Hesabat müəllifləri qeyd edir ki, bu itki yalnız Avropa ixracatının yeni mənbələrə yönəldilməsi nəticəsində kompensasiya oluna bilər. Lakin hələlik  bu, ancaq kənd təsərrüfatı sahəsində əldə edilib.
 
Ekspertlərin hesablamalarına görə, sanksiyalar Almaniya iqtisadi artım tempinin 1% zəifləməsinə səbəb olacaq. Digər ölkələr isə daha çox ziyan çəkəcək.

Google+ WhatsApp ok.ru