Wikileaks saytının yaradıcısı  Julian Assange saxlanıb

Wikileaks saytının yaradıcısı Julian Assange saxlanıb

Britaniya polisi Wikileaks saytının yaradıcısı Julian Assange-nın saxlandığını bildirir.
 
Maide.Az "azadliq.org"a istinadən xəbər verir ki, Məlumata görə, polis əməkdaşları Assange-nın sığındığı Ekvador səfirliyinə dəvət olunublar. Ekvador onun siyasını sığınacağını ləğv etmək qərarına gəlib.
 
Assange 2012-cı ildən Ekvadorun Londondakı səfirliyində gizlənirdi. O, ilkin olaraq, iki qadının 2010-cu ildə səsləndirdiyi cinsi təcavüz və zorlama ittihamları ilə İsveçə ekstradisiya olunmaqdan yayınıb. Sonradan isə Britaniyanın özündə zaminə buraxılma şərtlərini pozduğuna görə həbs təhlükəsi olduğundan səfirlikdən çıxa bilmirdi.
 
Qeyd edək ki, 21-ci əsrin ən qalmaqallı personalarından biri sayılan “WikiLeaks”ın qurucusu Culian Assanj ABŞ-ın gizli diplomatik yazışmalarını bütün dünyaya faş edib. O, 2006-cı ildə Amerika hərbi qüvvələrinin İraqda keçirdiyi qanunsuz əməliyyatları ifşa etmiş, helikopterlə keçirilən əməliyyatlardan biri zamanı 18 mülki vətəndaşın güllələnərək öldürüldüyünü nümayiş etdirmişdi. Culian Assanj ona məxsus gizli teletaypları açıqladığı üçün Amerika Birləşmiş Ştatlarının qəzəbinə gəlib. Məlumatın mediaya sızması Amerika hökumətinin imicinə ağır zərbələrdən biri hesab edilir.
 
2014-cü ilin noyabrında isə C.Assanjın qiyabi şəkildə apelyasiya məhkəməsi baş tutub.Assanj Amerika hökumətinə məxsus məxfi sənədləri ifşa etməkdə və İsveçdə cinsi zorakılıq törətməkdə (o, özü bu ittihamı rədd edir) ittiham olunub. Assanjın vəkili onun həbsinə dair qərarın ləğv edilməsi üçün apelyasiya məhkəməsinə müraciət etmişdi. İsveçdə keçirilən məhkəmə Assanj üçün uğursuz nəticə vermiş, hakimlər həbs qərarını ləğv etməmişdilər. Assanj 2012-ci ilin iyun ayından etibarən Böyük Britaniyanın paytaxtı Londonda Ekvadorun bu ölkədəki səfirliyində siyasi sığınacaq əldə etmişdi.
 
2018-ci ilin yanvarında isə bəlli olub ki, Ekvador “WikiLeaks”in təsisçisi Culian Assanjı ölkəsinin Londondakı səfirliyindən qovmaq niyyətindədir. Assanj Ekvador prezidenti Lenin Morenonu onun müttəfiqləri barədə yazdığı tvitlərlə qəzəbləndirib. Daha öncə isə məlum olmuşdu ki, Assanj Ekvator prezidentindən onu haker adlandırdığı üçün inciyib. Wikileaks portalının baş redaktoru bu cür xarakteristika ilə razılaşmayıb və özünün jurnalist olduğunu xüsusi vurğulayıb.
 
 

Google+ WhatsApp ok.ru