Wildersin İslama qarşı şeytani əməllərindən əl çəkmir

Hollandiyalı radikal sağçı Azadlıq Partiyası (PVV) lideri Geert Wildersin daha əvvəl ABŞ-da nümayiş etdirilən İslam əleyhinə karikaturaları keçən həftə ölkəsində internetdə və televiziyada nəşr etdirməsi, siyasət həyatında indiyə qədər gördüyü provokatif aktları yenidən gündəmə gətirdi.
 
Maide.az xəbər verir ki, ifrat sağçı siyasətçi müsəlmanları təhqi edən karikaturaları 3 iyula qədər bir dafa televizorda göstərməyi planlaşdırır.
 
Cəmiyyətin geniş hissəsində narazılıqla qarşılanan, təhqir məzmunlu bu son aksiya, Wildersin ilk təxribatı deyil. Wilders siyasət səhnəsində təsirli olmağa başladığı tarixdən bu yana çoxlu sayda oxşar hadisəyə imza atıb.
 
Siyasətə atıldığı Liberal Partiyadan (VVD) 2004-cü ildə ayrılan Wilders, qurduğu siyasi hərəkatla başda müsəlmanlar olmaqla miqrantlara qarşı təhqirlərin miqyasını artıraraq yoluna davam etdi. Bəzən türkləri, bəzən mərakeşliləri, bəzən polşalı, ya da rumınları hədəfə qoyan Wilders, bir mənada ölkənin və Avropanın "o birilərdən" təmizlənilməsi dissertasiyasını müdafiə etdi.
 
İlk fazada müsəlmanları hədəf alan Wilders, sərhədlərin müsəlmanlara bağlanmasını, yeni məscid və İslam məktəblərinin tikintisinə son verilməsini, Quranın satışının qadağan edilməsi kimi kəskin fikirləri müdafiə etdi.

Google+ WhatsApp ok.ru