Xalid Məşəl: İsrail vaxtı uzadır və dünya ictimaiyyətini aldadır

İsrail Fələstinlilərin istəyini ciddi  qəbul etimir və bilərəkdən vaxtı uzatmaqla məşğuldur.Bu sözləri HAMAS-ın siyasi lideri Xalid Məşəl deyib.
Maide.az-ın Əl-Cəzirəyə istinadən məlumatına görə, X.Məşəl deyib ki, bildiniyini ki, Fələstin qruplarından ibarət nümayəndə heyəti Misirdədir. “On bir gün keçməsinə baxmayaraq İsraillilər müzakirə prosesini uzadır. Onlar bilərəkdən vaxtı uzatmaqla məşğuldurlar və bizim istəklərimizi ciddi qəbul etmirlər”, -deyə Xalid Məşəl bildirib.
X.Məşəl deyib ki, Misirin vasitəçiliyi ilə başlayan danışıqların gedişatında problemlər və maneələr var. “Sionist rejim baş aldatma,  sövdələşmə, şantaj və tələblərimizi rədd etməklə məşğuldur. Onlar dünya ictimaiyyətini aldadırlar”, -deyə Məşəl bildirib.
Məşəl deyib ki, ümid edirəm yeni dövr müzakirələr daimi atəşkəsin bərpa olunması, Fələstinlilərin istəklərinin yerinə yetirilməsi və Qəzzanın blokadadaın çıxaması ilə nəticələnəck.  /


 

Google+ WhatsApp ok.ru