Xalid Məşəl İrana gedəcək

Fələstin İslam Müqaviməti Hərəkatının (Həmas)  siyasi büro rəhbəri Xalid Məşəl  yaxın günlərdə İrana səfər edəcək. Bunu Həmas Hərəkatının üzvü Əhməd Yusif deyib.
 
Maide.az-ın məlumatına görə, Ə.Yusif deyib ki,  Xalid Məşəlin İrana səfəri Hamasın  İranla münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə baş tutacaq.
 
Xalid Məşəlin İrana səfərinin dəqiq vaxtı məlum olmasada səfərin fevral ayının sonunadək baş tutacağı bildirilir. /
 

Google+ WhatsApp ok.ru