XİN sözçüsü: ‘İrana qarşı silah embarqosunun uzadılması təklifinin qəbul edilməməsi ABŞ-ın məğlubiyyətidir’ 15 Avqust 2020 12:05 Dünya İran BMT Təhlükəsizlik Şurasında ABŞ-ın bu ölkəyə qarşı silah embarqosunun uzadılması təklifini qəbul edilməməsini ABŞ üçün məğlubiyyət adlandırıb. APA-nın Tehran bürosunun məlumatına görə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi “Twitter” səhifəsində yazıb ki, BMT-nin 75 illik tarixində heç vaxt olmayıb ki, ABŞ bu qədər təcrid vəziyyətə düşsün: “Bütün səfərlərə və təzyiqlərə baxmayaraq, ABŞ bir kiçik ölkəni belə özünə dəstəkçi edə bilmədi”. A. Musəvi qeyd edib ki, İranın fəal diplomatiyası və Hərtərəfli Birgə Fəaliyyət Planının hüquqi möhkəmliyi ABŞ-ı artıq neçənci dəfədir ki, BMT TŞ-də məğlub edir. Qeyd edək ki, İran Prezidenti ABŞ-ın BMT TŞ-də İrana qarşı silah sanksiyasını qəbul etdirə bilməməsini bu ölkə üçün məğlubiyyət adlandırıb. “İndiyədək görünməmişdir ki, ABŞ aylar öncədən İslam Respublikasına zərbə vurmaq üçün özünü hazırlasın lakin yalnız Dominicana kimi kiçik bir ölkəni özünə dəstəkçi edə bilsin. Bu ABŞ-ın bu günlərdəki təhqir olunmasının göstərcisidir”. Teqlər : #XİN,#sözçüsü:,#‘İrana,#qarşı,#silah,#embarqosunun,#uzadılması,#təklifinin,#qəbul,#edilməməsi,#ABŞın,#məğlubiyyətidir’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Seyid Həsən Nəsrullah: ‘Partlayışın arxasından Təl Əviv çıxarsa, əvəzini ödəyəcək’ Cavad Zərif: 'Azərbaycan İran üçün çox vacib bir ölkədir'
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO