Xorasan təşkilatı İŞİD-ə qoşuldu

Əl-Qaidə terror təşkilatına bağlı Xorasan qrupu bu təşkilatdan ayrılıb İŞİD-ə qatıldı.
 
Maide.az-ın məlumatına görə, Xorasan təşkilatının rəsmisi Əbu Dəcacə Əfqani internetə düşən bir səs yazısında bu təşkilatın başçısı olan Əbu Yezid Kahir Xorasaninin İŞİD təşkilatı lideri Əbubəkr Bağdadiyə beyət etdiyini söyləyib.
 
Əfqani bu səs qeydində İŞİD-in Qərb koalisiyasına qarşı amansız mübarizə apardığını söyləyir və Əbubəkr Bağdadiyə xitab olaraq belə deyir: "Bu sərhədləri keçməli və sənə müxalif olan hökumətləri dağıtmalısan."
 
Xorasan qrupu Bağdadiyə beyət etmiş "Xilafət ordusundan" sonra ortaya çıxan və Bağdadiyə beyət edən ən son təşkilatdır. İŞİD İraq və Suriyada bəzi bölgələri ələ keçərib bu bölgələrdəki insanları vəhşicə qətlə yetirməsindən sonra Xorasan qrupu da Əl-Qaidədən ayrılıb bu terror təşkilatına qatıldı.
 
Qeyd edək ki, Xorasan və İŞİD terror təşkilatı İraq və Suriyada minlərlə günahsız insanı heç bir səbəb göstərmədən qətliam ediblər.

Google+ WhatsApp ok.ru