Yəmənin Hizbullah lideri: `Strateji və böyük addımlar atılacaq`

Yəmənin Hizbullahı Hərəkatının lideri Əbdülməlik əl-Husi, "hökumətin istefası, maye yanacağa dövlət dəstəyinin ləğvi qərarının geri oxunması və milli dialoq konfransında əldə edilən qərarların tətbiqinə başlanılması" tələblərinə cavab gəlmədiyi təqdirdə "strateji və böyük addımlar" atılacağı xəbərdarlığını edib.
 
Maide.az-ın məlumatına görə, hökumətlə müzakirələri davam etdirdiklərini, ancaq hələ bir nəticə əldə edə bilmədiklərini deyən Əbdülməlik əl-Husi prezident Həddidən sözügedən tələblərini yerinə yetirməsini istəyib.

Google+ WhatsApp ok.ru