Yəmən ordusu ilə Husilər arasında toqquşmalar şiddətlənib

Yəmənin Cof vilayətində ordunun Husilərə hücumları davam edir. Toqquşmalar nəticəsində Əl-Husi yaraqlılarından 100 nəfərdən çoxu həlak olub.Bunu Yəmənin şimalında yerləşən Cof vilayətinin valisi Şeyx Məhəmməd Salim Əşrəfin Əl-Şərq Əl-Ovsət qəzetinə deyib.
Onun sözlərinə görə, Cof vilayətində Husilərlə döyüş neçə gün sonra başa çatcaq və döyüşlər Sədə vilayətində davam etdiriləcək.
Məlumata əsasən, sələfilər Yəmən ordusunu döyüşlərdə dəstəkləyir. Onlar Husilərlə kobud rəftar edir və indiyədək Husilərin Cofdakı rəhbərlərindən olan Əbu Yusif Əl-Fişi və Rəbi Müsaid Əl-Məhdi öldürülüb.
Qeud edək ki,  Yəmənin şimalında yerləşən İmran əyalətində yenidən qarşıdurmalar başladı. Məzhəbcə “Zeydi şiələri” olan Husilər əsasən ölkənin şimalındakı Sədə əyalətində yaşayırlar. Husilərlə ordunun qarşıdurmaları 2011-ci ildən öncə yəni Əli Abdullah Salehin hökümətdən getməsindən öncə də arabir baş verirdi. Son ildə isə Husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi radikal sələfi qruplaşmaları və İmran əyalətində məskunlaşan Haşid qəbiləsi arasında qarşıdurmalar daha tez-tez baş verir. Cari ilin may ayında Yəmənin şimalında İmran vilayətində başlanan Husilərin ordu qüvvələri və sələfilərlə döyüşəri son həftələr ərzində Cof vilayətində davam etdirilir.  maide.az /

 

Google+ WhatsApp ok.ru