Yəməndə rəhbərlik ilə Husilər razılaşdılar

Yəmənin "Səba" rəsmi xəbər agentliyi  dünən gecə  Yəmən prezidenti və müxaliflər arasında Yəməndə davam edən böhrana son qoymaq üçün BMT nümayəndəsi və ölkədəki digər siyasi qrupların da iştirakı ilə razılıq əldə edildiyini bildirib.
 
Maide.az-ın məlumatına görə, paytaxt Sənadakı Prezident Sarayında Birləşmiş Millətlər Təşkilatının Yəmən nümayəndəsi Camal bin Ömər və ölkədəki digər siyasi qrupların da ölkədəki böhranı başa çatdırmaq üçün rəhbərlik ilə Ənsarullah Hərəkatı arasında razılaşma imzalanıb.
 
Razılaşma maddələri arasında, 3 gün ərzində yeni hökumət qurulması, prezident Abdurabbu Mənsur Hadinin heç bir siyasi partiyaya üzv olmayan birinə baş nazirlik vəzifəsi verməsi, neft məhsullarına tətbiq olunan qiymət artımının endirilməsi, prezidentə Cənub Hərəkatı və Husilərdən bir məsləhətçi təyin edilməsi və Husilərin paytaxt Sənada qurduğu etiraz çadırlarının sökülməsi yer alıb.
 
Sözügedən razılıq xəbəri Yəmənin baş nazirinin istefasaından dərhal sonra yayımlanıb. Yəmənin baş naziri Məhəmməd Salim Basendva dünən axşam vəzifəsindən istefa verdiyini açıqlayıb. Yəmənin baş naziri Basendva yazılı açıqlamasında prezident Adurrabu Mənsur Hadı ilə Husi Ənsarullah Hərəkatı arasında "razılığa güc vermək məqsədi ilə" vəzifəsindən istefa verdiyini bildirib.

Google+ WhatsApp ok.ru