Yəhudi xaxamlar Məscidi Əqsaya hücum etdi

Fanatik yəhudi xaxamların Məscidi Əqsaya hücumları dayanmır. Maide.az-ın məlumatına görə, Fələstin mənbələri fanatik yəhudi məskunlaşmaçılardan bir qrupun  dünən polis və xüsusi qüvvələrin sıx təhlükəsizlik tədbirləri altında əl-Mağaribə qapısından girərək Məscidi Əqsaya basqın təşkil etdiyini bildiriblər.
 
Fələstin İnformasiya Mərkəzi müxbirinin yerli mənbələrdən əldə etdiyi məlumata görə, fanatik yəhudi məskunlaşmaçılar Məscidi Əqsanın həyətinə kiçik qruplar halında arxa arxaya giriblər. Basqına qatılan hər bir yəhudi məskunlaşmaçı qrupuna fanatik bir xaxam liderlik edirmiş.
 
Bsqına liderlik edən fanatik xaxamlar yəhudi məskunlaşmaçılara Məscidi Əqsanın həyətində heykəl ilə əlaqədar tamamilə xurafatlardan ibarət məlumatlar veriblər.
 
Həmin vaxt Məscidi Əqsada olan camaat və tələbələr şüar səsləndiriblər, yüksək səslə təkbir deyərək, basqına etiraz ediblər.

Google+ WhatsApp ok.ru