Yəmən paytaxtındakı terror aktlarında ölənlərin sayı artır: 67 ölü 10 Oktyabr 2014 01:00 Dünya Paytaxt Sənada törədilən terror aktında içərisində uşaqların da olduğu xeyli sayda adam həyatını itirib. Yəmən paytaxtında törədilən iki terror aktında ümumilikdə 67 nəfər həyatını itirib. Reuters-in məlumatına görə, bomba yerləşdirilmiş avtomobilin partladılmasından sonra bədəninə partlayıcı qurğu yerləşdirən kamikadze Təhrir meydanında kütləvi yürüşə hazırlaşan husi fəallarına yaxınlaşaraq özünü partladıb. Bu barədə məlumatı şahidlər və tibb işçiləri veriblər. Şahidlər partlayışdan dərhal sonra yerdə azı 20 cəsədin olduğunu bildiriblər. Xəstəxanaya yerləşdirən yaralılardan bir çoxunun vəfat etməsi ölü sayının artmasına səbəb olub. Səhiyyə əməkdaşları yaralılardan bəzilərinin hələ də kritik vəziyyətdə olduğunu əsas gətirərək ölü sayının artacağını bildiriblər. Ümumilikdə, 75 yaralının olduğu bildirilir. Xatırladaq ki, bu gün Yəmən paytaxtı Sənada törədilən birinci partlayışda 20 hökumət əsgəri həyatını itirmişdi. Terror aktlarının məsuliyyətini hələ ki heç bir qruplaşma üzərinə götürməyib. Lakin, ölkədə ənənəvi kamikadze hücumlarını təşkil edən "əl-Qaidə" terror qruplaşması əsas səbəbkar kimi göstərilir. interaztv / Teqlər : #Yəmən paytaxtındakı terror aktlarında ölənlərin sayı artır: 67 ölü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənistan aviaşirkəti fəaliyyətini dayandırıb Türkiyədə ölənlərin sayı 35-ə çatdı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO