Yəmən prezident adminstrasiyasının idarə heyətinin rəhbəri qaçırıldı

Yəmən prezident administrasiyasının idarə heyətinin rəhbəri Əhməd Avad bin Mübarəkin qaçırıldığı bildirilir, - "Dunyabulteni".

Verilən məlumata görə, Mübarək paytaxt Sənada yerləşən Prezident iqamətgahına gedərkən şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən qaçırılıb.
 
Mənbə Avad bin Mübarəyin hazırlanmış yeni konstitusiya layihəsini yoxlama heyətinə təhvil verilməsi üçün prezident iqamətgahına yollandığını bildirib.
 
Qeyd edək ki, Yəmən prezidenti Abdurabbu Mənsur Hadi keçən il mart ayında ölkədəki siyasi və ictimai qurumları əhatə edən 17 nəfərlik Konstitusiya Hazırlıq Komissiyasının yaradılması təlimatını vermişdi. Komissiya yeni konstitusiya layihəsini yanvarın 7-də prezident Hadiyə təqdim etmişdi.deyerler /

 

Google+ WhatsApp ok.ru