Yəmən xalqından Hizbullaha dəstək aksiyası

Yəmən xalq komitələri paytaxt Sənada inqilabçı addımlara dəstək verildiyini göstərmək məqsədi ilə yürüş təşkil edib. Yürüşdə Hizbullah bayraqları dalğalandırılaraq, Seyyid Həsən Nəsrullahın şəkilləri qaldırılıb.
 
Maide.az xəbər verir ki, Matar prospektində başlayan yürüşdə inqilabın tələblərinin üstünü örtmək cəhdlərinə etiraz edilib. Təhlükəsizlik qüvvələrinə "tarix və inqilab" qarşısında məsuliyyət daşımaq və vəzifələrini yerinə yetirməyə dəvət edilən aksiyada, paytaxtdakı xalq komitələrinin təhlükəsizliyi, sabitliyi və dövlət orqanlarını qorumaq üçün hazır olduğu bildirilib.

Google+ WhatsApp ok.ru