Yəmən Almaniyanın Livanın Hizbullah Hərəkatı qərarını pisləyib

Yəmən Almaniyanın Livanın Hizbullah Hərəkatı qərarını pisləyib

Yəmənin Milli Azadlıq Hökumətinin informasiya naziri Zeyfullah Şami Almaniyanın Livanın Hizbullah Hərəkatı barədə qərarını qınayıb.

 
Maide.Az xəbər verir ki, o, bunu, ABŞ və sionist rejimin məqsədləri üçün digər ölkələrə edilən diktə adlandırıb.
 
Şami Livan Hizbullah Hərəkatının sionist rejimə qarşı müqavimətlə yanaşı ərəb və islam ümmətinə qarşı hazırlanan planları pozmasındakı rolundan da danışıb.
 
Yəmən Milli Qurtuluş Hökümətinin nümayəndəsi rəsmi Berlindən Almaniyanın ərəb dünyasındakı mövqeyinə mənfi təsir göstərən qərarına yenidən baxılmasını və hüquqları pozulan xalqların səylərinə dəstək verilməsini istəyib.
 
Digər tərəfdən, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Musəvi də Almaniyanın Livan Hizbullah Hərəkatına qarşı qərarını qınayıb.
 
Xatırladaq ki, Almaniyada Hizbullah Hərəkatının siyasi qanadının fəaliyyət göstərməsi qadağan edilib.

Google+ WhatsApp ok.ru