Yaponiyada penoplast zavodunda yanğın

Yaponiyada penoplast zavodunda yanğın

Yaponiyanın Xyoqo prefekturasında penoplast istehsalı zavodunda güclü yanğın baş verib.
 
Trend-in "Ria Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın sahəsi 820 kv.m olan korpuslardan birində başlayıb.
 
Məlumata görə, yaxınlıqda yerləşən yaşayış binasının dayanacağında 40 avtomobil yanıb, binanın sakinləri dərhal təxliyə olunub.
 
Hazırda ərazidə 230 ailə işıqsız qalıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Yanğının baş vermə səbəbləri və şəraiti araşdırılır. /

Google+ WhatsApp ok.ru