Yerevanda aksiyaçılarla polis toqquşub 19 İyul 2016 01:00 Dünya 3 gündür ki, Yerevandakı polis bölməsini tutan silahlılarla danışıqlar aparılır. Şəhərin küçələrinə əlavə polis qüvvələri çıxarılıb, reydlər keçirilir. İyulun 18-i axşam saatlarından Yerevanın mərkəzindəki “Azadlıq” meydanında ölkədə siyasi islahatlar aparılması və hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilib. Yerli mətbuatın yazdığına görə, aksiyaçıların bir qismi, bu günlərdə polis məntəqəsinin tutulmasını dəstəkləyib və ora tərəf hərəkət etməyə başlayıblar. Polis onların qarşısını kəsəndə, toqquşma baş verib. Silahlı adamlar iyulun 17-i səhər saatlarında patrul-post xidmətinin bölməsini zəbt ediblər. Nəticədə 1 zabit həlak olub, ikisi isə yaralanıb. 3 gündür ki, onlarla danışıq aparılır. Bazar günü 2, bazar etəsi isə 3 girov azad edilib. Hücumçular müxalifətdə olan “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər. Sefilyan iyunda silah gəzdirmə ittihamı ilə həbs olunub. (azadliq.org) Teqlər : #Yerevanda aksiyaçılarla polis toqquşub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qlobal istiləşmə dünya iqtisadiyyatına 1,5 trilyon funt sterlinq ziyan vuracaq Rus mafiyası skandalı: FSB generalı həbs etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO