Yerevandakı tibb mərkəzində atışma olub

Yerevandakı tibb mərkəzində atışma olub

Oktyabrın 2-də Yerevandakı “Ermənistan” tibb mərkəzində atışma olub.
 
Ermənistan İstintaq komitəsinin məlumatına görə, penitensiar xidmətin əməkdaşları tibbi müayinə üçün 1 məhkumu mərkəzə gətiriblər. Müayinə vaxtı silahlı adam, məhkumun qaçmasına şərait yaratmaq üçün palataya girərək atəş açıb.
 
Hüquq-mühavizə xidmətinin əməkdaşları atəş açanı zərərsizləşdiriblər və qaçışın qarşısı alınıb.
 
İnsident zamanı xəsarət alan olmayıb.
 
Tibb mərkəzinə soxulan adam Avtomat silahdan atəş açırmış.
 
Faktla bağlı cinayət işi açılıb.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru