Yunanıstanda meşə yanğınları nəticəsində ölənlərin sayı 53-ə çatıb 24 İyul 2018 01:00 Dünya Yunanıstanın paytaxtı Afina şəhəri yaxınlığında davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb. Maide.Az "APA"-a istinadən xəbər verir ki, yanğın nəticəsində 150-dən çox adam xəsarət alıb. Onlardan 16-sı uşaqdır. Yaralananlardan 11 nəfərin vəziyyəti ağır qiymətləndirilir. 680 ev tamamilə yanaraq kül olub. Bir çox insan itkin düşmüş sayılır. Danimarkadan olan 10 nəfərlik turist qrupundan xəbər yoxdur. Onlar yanğın baş verən bölgədən qayıqla uzaqlaşmaq istəyiblər. Hazırda sahil mühafizə xidməti onları axtarır. Baş nazir Aleksis Tsipras vəziyyətin nəzarətdən çıxdığını bildirib. Yanğınlar Afina ətrafında 3 istiqamətdə davam edir. Hökumət bu ərazilərdə fövqəladə vəziyyət elan edib və Avropa İttifaqından kömək istəyib. Qeyd edək ki, Yunanıstanda anomal istilər davam edir. Ölkənin bir sıra ərazilərində havanın hərarəti 40 dərəcəyə qədər yüksəlib. Teqlər : #Yunanıstanda meşə yanğınları nəticəsində ölənlərin sayı 53ə çatıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Arakanlı müsəlmanlar üçün vaxt azalır Laosda su bəndi çökdü - Yüzlərlə insan itkin düşüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO