Zəlzələ qurbanı sayı 800-ü keçdi 25 Aprel 2015 01:00 Dünya Nepalin Pohara əyalətində baş verən güclü zəlzələ nəticəsində azı 879 nəfər həlak olub. Maide.az xəbər verir ki, bu barədə Frans Press agentliyi Nepalın daxili işlər nazirliyinə istinadən xəbər verir. Məlumata görə, ölənlərin 20-si hindistanda, 10-u isə digər qonşu ölkələrdə həlak olanlardır. Bu, son 81 ildə Nepalda ən güclü zəlzələdir. Zəlzələnin gücü rixter cədvəli ilə 7,9 bal təşkil edib. Sakinlər evlərini tərk edərək küçələrə çıxıblar. Güclü yeraltı təkanların təsirindən paytaxt Katmanduda bir neçə bina dağılıb, tikililərə aid divarlar uçub. Katmanduda yerləşən və YUNESKO-nun mədəni irs siyahısına daxil edilən Darahara məbədinin qülləsi də dağılıb. Dağıntılar altında xeyli insanın qaldığı ehtimal edilir. Axtarışlar nəticəsində 1 nəfər sağ çıxarılıb. Xeyli sayda yaralı da var, lakin onların dəqiq sayı məlum deyil. ABŞ-ın geoloji tədqiqat mərkəzi zəlzələnin episentrinin yerin 31 kilometr dərinliyində olduğunu açıqlayıb. Yeraltı təkanların Hindistanın paytaxtı Dehlidə də hiss edildiyi bildirilir./ Teqlər : #Zəlzələ qurbanı sayı 800ü keçdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah İsa Qasim: `Bəhreyn xalqı heç vaxt təslim olmayacaq` Qazaxıstanda prezident seçkiləri başa çatdı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO