Zavodun 250 işçisi itgin düşüb 07 Aprel 2016 01:00 Dünya İŞİD terror qruplaşması üzvlərinin bazar ertəsi günü Dəməşqin şərqində sement zavoduna hücumundan sonra orada çalışan 250 nəfər itgin düşüb. Maide.az xəbər verir ki, yerli sakinlər bildirir ki, biz bazar ertəsi günortadan İŞİD-in zavoda hücumundan sonra öz qohumlarımızdan xəbərimiz yoxdur. Zavodun rəhbərlərindən biri 250 işçinin itgin düşdüyünü təsdiqləyib. Suriyanın Dəməşq şəhərinin şərqində yerləşən Badiyə siment zavodu Əl-Zəmir şəhərinin kənarında yerləşir. Ötən bir neçə gün ərzində Suriya ordusu və İŞİD terrorçuları arasında bu bölgədə döyüşlər gedir. Fransa xəbər agentliyi Suriyanın təhlükəsizlik qüvvələrindən adını açıqlamadığı mənbəyə istinadən bildirib ki, İŞİD terrorçuları Əl-Zəmir şəhər hava limanını ələ keçirməyə çalışırdı ki, ordu onların qarşısını alıb. / Teqlər : #Zavodun 250 işçisi itgin düşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran yeni sentrifuqalar istifadəyə verib ABŞ İraqda yeni hərbi baza planlaşdırır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO