Zavodun tavanı çökdü, 18 nəfər həyatını itirdi

Pakistanın Lahur şəhərində bir zavodun binasının çökməsi nəticəsində ən azı 18 nəfər həlak olub.
Maide.az xəbər verir ki, hadisə yerinə ezam olunan xilasedicilər indiyədək 75 nəfəri dağıntılar altından çıxarıblar. Daha 150 fəhlənin dağıntılar altında qalması ehtimal edilir.
Məlumata görə, bu yarımçıqbina tamamilə uçub, bununla belə, dağıntılar altında qalan insanlar öz mobil telefonları vasitəsilə yardım istəyiblər. Beləliklə, hal-hazırda dağıntıların bütovlükdə yığışdırılması mümkün deyil, və xilasedicilər Ordu qüvvələrinin köməyi ilə zərərçəkənlərin axtarışını davam etdirirlər.
Lahurun cənubunda yerləşən bu zavod alış-veriş torbalarının istehsalı ilə məşğul olur. Bu yarımçıq binanın uçmasının səbəbləri hələlik müəyyən edilməyib. Pakistanda tikinti normaları dünya standartlarından çox aşağıdır, və bu tip hadisələr ilk dəfə deyil ki baş verir./
 

Google+ WhatsApp ok.ru