Özbəkistanda kütləvi həbslər: yüzlərlə islamçı tutuldu

Özbəkistanın müxtəlif regionlarında ekstremist dini qruplaşmalara bağlılıqda şübhəli bilinən şəxslərin kütləvi şəkildə həbs edilməsinə başlanılıb.
 
Maide.az saytı “Azadlıq” radiosunun özbək xidmətinə (“Radio Ozodlik”) istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Müstəqil Hüquq Müdafiəçiləri Təşəbbüs Qrupunun rəhbəri Surat İkramov məlumat yayıb.
 
S.İkramov bildirib ki, Daşkənddə, həmçinin Fərqanə, Daşkənd, Varəzm və Qaşqadərya vilayətlərində 200-dən çox islamçı tutulub. Onlar İŞİD-lə əlaqələrdə şübhəli bilinirlər.
 
Yerli KİV-lərin məlumatına görə, bir vaxtlar Özbəkistanı tərk edərək Suriya, İraq və Əfqanıstanda döyüşən ekstremistlər hazırda ölkəyə qayıtmağa çalışırlar.
 
Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Əbdüləziz Mənsur Daşkənddə radikal əhval-ruhiyyəli xeyli islamçının olduğunu etiraf edib. Özbəkistanın hüquq-mühafizə orqanları bununla əlaqədar olaraq ölkə əhalisi arasında təbliğat-təşviqat işləri aparır və əhalini ayıq olmağa çağırır. /

Google+ WhatsApp ok.ru