Özbəkistanda 1500 nəfər dondurmadan zəhərləndi

Özbəkistanda 1500 nəfər dondurmadan zəhərləndi

Özbəkistanın Əndican vilayətinin Şəhrixan rayonunda 1500 nəfərdən çox insan dondurmadan zəhərlərnib. “CA-NEWS” xəbər verir ki, rayonun bir neçə yüz sakininə ilkin tibbi yardım göstərilib.
 
İnformasiyaya əsasən, rayon xəstəxanalarından yalnız birində 200-ə yaxın zəhərlənən sakin yerləşdirilib. Onlardan 5 nəfəri reanimasiya şöbəsinə köçürülüb.
 
Əndican vilayəti Səhiyyə İdarəsindən bidlirilib ki, zəhərlənənlərin hamısı Şəhrixan rayonunun mərkəzindəki “Maks” kafesində dondurma yeyib. (deyerler) /

Google+ WhatsApp ok.ru