Zimbabvedə müsəlmanların sayı getdikcə artmaqdadır

Zimbabvedə müsəlmanların sayı getdikcə artmaqdadır

Zimbabvenin təqribən 15 milyon əhalisi var ki, onlardan təqribən 3 faizini müsəlmanlar təşkil edir.  Bu sözləri Zimbabvenin paytaxtı və ən böyük şəhəri Hararenin İslam Universitetinin Ərəb fakültəsinin dekanı  Şeyx Şaybu  Asali deyib. 
 
Maide.Az xəbər verir ki, Ş.Asali deyib ki, Zimbabvedə İslam dini  2013-cü ildən sonra artmağa başlayıb. “Baxmayaraq ki, müsəlmanların sayı o qədərdə çox deyil, lakin son illər ərzində təhsil almış gənclərin çoxalması, əhalinin islami kitabları rahat şəkildə əldə etməsi İslam dininin  geniş yayılmasına səbəb olub”. 
 
O, İslam dinin yayılmasına digər amil kimi müsəlman ölkələrin Zimbabve vətəndaşlarına pulsuz təhsil imkanı yaratması olduğunu vurğulayıb. “Zimbabvedə olan 14 islami ölkənin səfirliyi öz ölkələrində Zimbabveli gənclərə təhsil almaq üçün təqaüd verir.”
 
Şasali deyib ki, 2013-cü ildə ölkə konistitusiyasında baş vermiş dəyişiklik islami düşüncənin ölkədə yayılmasına zəmin yaratdı. “Bu qanun həmçinin bizə rahat yaşamaq imkanı yaratdı. Xüsusi ilə kəndlərdə öncələr biz müsəlmanları əcnəbi adlandırırdılar. 
 
Qeyd edək ki, Zimbabvenin paytaxtı Hararedə 20 məscid fəaliyyət göstərir. (iqna) /

Google+ WhatsApp ok.ru