Şəri-dini suallara cavablar - SUAL 28 03 Aprel 2017 01:00 Sual-Cavab Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: DƏSTƏMAZIN HÖKMLƏRİ SUAL 28: Dəstəmaz alarkən bir şey yesək, dəstəmazımız batil olarmı? CAVAB: Bütün mərcəi-təqlidlər: Dəstəmaz halında yemək yeməyin eybi yoxdur. Amma yaxşı olar ki, dəstəmaz zamanı “hüzuri-qəlb”ə mane olan işlərdən pəhriz edilsin. (“Əl-urvətul-vusqa”, 1-ci cild, “Dəstəmazın şərtləri və müstəhəb əməlləri” bölümü, 14-cü bölüm.) Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi; Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik! Teqlər : #Şəridini suallara cavablar SUAL 28, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şəri-dini suallara cavablar - SUAL 27 Şəri-dini suallara cavablar - SUAL 29