`1 May` yürüşləri dünyanın müxtəlif ölkələrində 02 May 2017 01:00 Dünya Ötən gün dünyanın müxtəlif ölkələrində milyonlarla fəhlə küçələrə axışdı və öz iş şəraitinin yaxşılaşdırılmasını tələb etdi. Maide.Az dünya mətbuatına istinadən xəbər verir ki, bu etiraz yürüşlər zamanı bəzi ölkələrdə polis və fəhlələr arasında gərginliyə səbəb oldu və xəsarət alanlar oldu. Rusiya Rusiyada "1 may - Zəhmətkeşlər Günü" münasibəti ilə təqribən 2.6 milyon nəfər mitinqlərdə iştirak edib. Təkcə Moskvada 1.5 milyon nəfərin küçələrə çıxaraq mitinqdə iştirak etdiyi bildirilir. Bu mitinqlərin təhlükəsizliyini təqribən 56 min polis qüvvəsi öz üzrəinə götürmüşdü. İtaliya İtalyanın şimalında Turin şəhərində minlərlə fəhlə 1 may yürüşlərinə çıxmışdır. Turin şəhərində 20 niqablı şəxsin mitinq iştirakçılarına hücumundan sonra etirazçılar və polis qüvvələri arasında qarşıdurmaya səbəb oldu. Məlumata görə ən az 3 nəfər saxlanıldı və bu qarşıdurmalar zamanı 1 nəfər yaralandı. Fransa Fransanın paytaxtı Parisdə mitinq zamanı polis və mitinq itşriakçıları arasında qarşıdurma baş verdi. Polis mitinq iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdi. Türkiyə İstanbulda keçirilən mitinqdə etirazçılar Taksim meydanına girmək istəyərkən qarşıdurma yaranıb. Türkiyə polisi 200-dən çox etirazçını həbs edib. Polis həmçinin gözyaşardıcı ataraq etirazçıları dağıtmağa çalışıb. Qarşıdurmalar zamanı 57 yaşlı bir kişi polisin su şırnaqlı maşını altında qalaraq həlak olub. İstanbul polisi elan edib ki, etirazçılardan silah və sursat aşkarlayıb. Almaniya Almaniyanın paytaxtı Berlində "Fəhlələr Günü" mitinqi güclü təhlükəsizlik tədbirləri altında keçirilib. Təhlükəsizliyi təmin etmək üçün minlərlə polis cəlb olunub. Son illər xüsusi ilə 2009-cu ildə Almaniyada keçirilən "Zəhmetkeşlər Günü" mitinqində qarşıdurmalar baş verib. 2009-cu ildə baş vermiş qarşıdurmalar zamanı 273 polis zabiti yaralanmışdır. Ötən gün Berlində keçirilən mitinq demək olar sakit şəraitdə keçib. Bir neçə maskalı polis qərargahına daş və yandırıcı maddələr atıb. Polis də onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Məlumata görə, Almaniya polisi ötən günki mitnqdə 100-dən çox etirazçını həbs edib. Amerika Amerikanın Nyu-York şəhərində zəhmətkeşlər günü mitinqində ABŞ prezidenti Donald Trumpın miqrantlara qarşı siyasətləri tənqid olunub, şüarlar səsləndirilib. Polis və mitinq iştirakçıları arasında qarşıdurma yaranıb və 14 nəfər həbs olunub. Amerikanın Chicago, Los Angeles, Seattle və Vaşinqton, DC şəhərlərində də oxşar mitinqlər təşkil olunub. İngiltərə İngiltərənin paytaxtı London şəhərindədə mitinqlər keçirilib. Mitinqdə İşçi partiyasının rəsmilərindən John McDonnell çıxış edib və ölkədə iş şəraitinin pis olmasından və uşaqlar arasında yoxsulluqdan danışıb və bu durumu “qanlı rüsvayçılıq” adlandırıb. Filippin Filippinin Manila şəhərində 35 min nəfərdən çox insan mitinqdə iştirak edib. Mitinq iştirakçıları maaşların artırılmaıs və qadınların hüquqularının qorunmasını istəyib. Eləcədə dünyanın digər ölkələrində o cümlədən Çili, Braziliya, Ekvador, Cənubi Afrika, Kuba, Ukraynada oxşar mitinqlər keçirilib. / Teqlər : #`1 May` yürüşləri dünyanın müxtəlif ölkələrində, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tehranda Beynəlxalq Kitab Sərgisi açılıb İsrail rejimi hava və dənizdən Livanın ərazi bütövlüyünü pozdu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO