3 həftə ərzində qripdən 50 nəfər öldü

3 həftə ərzində qripdən 50 nəfər öldü

-- Ölənlərdən 43 nəfərin yaşı 60-dan çox olub.

Çexiyada 3 həftə ərzində qrip epidemiyası nəticəsində 50 nəfər dünyasını dəyişib.
 
Maide.Az bildirir ki, Trend-in verdiyi xəbərə görə, bu barədə Çexiyanın Dövlət Tibb Universitetinin yaydığı məlumatda deyilir.
 
Xəstəlikdən daha çox yaşlı nəslin nümayəndələrinin əziyyət çəkdiyi bildirilir. Ölənlərdən 43 nəfərin yaşı 60-dan çox olub.
 
Son 3 həftə ərzində 199 nəfər qripə yoluxan ölkə xəstəxanalarına ağır vəziyyətdə yerləşdirilib.
 

Google+ WhatsApp ok.ru