Hariri Səudiyyə Ərəbistanına getdi

Hariri Səudiyyə Ərəbistanına getdi

-- Səfər çərçivəsində nəyin müzakirə ediləcəyi haqqında məlumat verilməyib

Səudiyyə Ərəbistanından dəvət olunan Livan Baş naziri Saad Həriri bu gün Riyada səfər edib. 
 
Maide.Az “dünyabülleteni”nə istinadən xəbər verir ki, Livan rəsmi xəbər agentliyi bildirir ki, Kral Səlman bin Əbdüləziz tərəfindən dəvət edilən Hariri, səfər çərçivəsində kral Səlman və onun vəliəhdi  Məhəmməd bin Səlmanla görüşəcək. 
 
Səfər çərçivəsində nəyin müzakirə ediləcəyi haqqında  məlumat verilməyib. 
 
Qeyd edək ki, S.Hariri 2017-ci ildə Səudiyyə Ərəbistanının paytaxt Riyada səfər etmiş və orada istefa etdiyini açıqlamışdı. S.Həriri, İranı və "Hizbullah"ı da kəskin tənqid edib, rəsmi Tehranı ərəb dövlətlərinin əlaqələrinə müdaxilə etməkdə günahlandırmışdı.  Saad əl-Həriri özünə qarşı təxribat hazırlandığını da hiss etdiyini demişdi. 
 
Daha sonra  S.Həririnin  Səudiyyə Ərəbistanında məcburi saxlanıldığı və istefa verməyə məcbur edildiyi haqqında məlumat dərc edilmişdi. 
 

Google+ WhatsApp ok.ru