Əfqanıstanlı ana 25 talibançını öldürüb, oğlunun qisasını aldı

Maide.az "Khaama Press"ə istinadən xəbər verir ki, Əfqanıstanlı ana oğlunun qisasını almaq üçün ən azı 25 "Taliban" terrorçusunu öldürüb.
 
Bildirilir ki, ananın oğlu Fərah əyalətindəki sərhəd keçid məntəqəsində polis işləyirmiş və onu taliblər anasının gözü qarşısında güllələyiblər. Bundan sonra ana oğlunun qızı və həyat yoldaşı ilə birlikdə keçid məntəqəsindəki silahlardan istifadə edib, 7 saat taliblərlə döyüşüb. Nəticədə ən azı 25 terrorçu öldürülüb, 5-i yaralanıb.
 
Əfqanıstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi Sediq Sediqqi bildirib ki, ananın addımı Talibana qarşı mübarizənin simvoluna çevrilib.

Google+ WhatsApp ok.ru