İraqın 2 strateji bölgəsi terrorçulardan azad edilib

İraq gücləri Diyali böləsindəki iki strateji əhəmiyyətə sahib bölgəni İŞİD terror təşkilatından təmizlədi.
 
Maide.az xəbər verir ki, döyüşə Hadinin polis rəisi rəhbərlik edib. O, Sədiyə və Cəlulə bölgələrinin terrorçulardan alındığını və bölgənin minalarından təmizləndiyini deyib.
 
Peşmərgə və könüllü qüvvələrin xilasetmə əməliyyatda böyük rol oynadığı bildirilir.

Google+ WhatsApp ok.ru