Əl-İbadi dünya ictimaiyyətindən dəstək istədi

İraq baş naziri Heydər əl-İbadi dünya cəmiyyətindən dəstək istəyib.
 
Maide.az xəbər verir ki, İraq baş naziri ABŞ-ın İraq üzrə xüsusi nümayəndəsi və İŞİD əleyhinə beynəlxalq koalisiya koordinatoru ilə görüşdə dünya cəmiyyətinin İŞİD-in işğalından azad edilmiş ərazilərin yenidən abadlıq işlərinə dəstək verməsi lazım olduğunu bildirib.
 
Əl-İbadi bu görüşdə işğaldan azad edilmiş ərazilərin yenidən abadlığı üçün xüsusi bir fondun yaradılmasını istəyib.
 
İraq baş naziri həmçinin təhlükəsizlik qüvvələrinin xalq qoşunlarının köməyi ilə ölkənin müxtəlif nöqtələrində diqqətçəkən uğurlarından məmnunluğunu dilə gətirərək, rəsmi Bağdadın İraq torpaqlarından hətta bir qarışının İŞİD-in işğalı altında qalmasına yol verməyəcəklərini bildirib.

Google+ WhatsApp ok.ru