Yəmən inqilabının lideri ölkənin eks prezidentinə xəbərdarlıq etdi

Yəmən Hizbullahı Hərəkatı Lideri Əbdülməlik əl-Husi ölkə cənubunun təkfirçi və terrorçu qruplardan təmizlənməsinə işarə edib.
 
Maide.az xəbər verir ki, əl-Husi ölkənin şimalında yerləşən Sadə əyalətində tayfa liderləri və şeyxləri ilə keçirdiyi görüşdə yaxın vaxtlarda Yəmənin cənubunun təkfirçi və terrorçu qruplarından təmizləyəcəyini bildirib.
 
Əl-Husi həmçinin vəzifəsindən istefa edən Yəmən prezidenti Mənsur Hadini də fitnəkar cəhdlər göstərmək və ölkədə böhranı artırmaqda günahlandıraraq, Ənsarullahın Mənsur Hadinin böhrana səbəb olan cəhdləri qarşısında səssiz qalmayacağını vurğulayıb.
 
Digər tərəfdən, Yəmən Daxili İşlər Nazirliyi bəyanat verərək Yəmən təhlükəsizlik qüvvələrinin Ənsarullaha bağlı xalq komitələri ilə apardığı birgə əməliyyatda Sananın ən təhlükəli terrorçusunu tutduğunu açıqlayıb.

Google+ WhatsApp ok.ru