Əbu Mərzuk: `Abbas ərəbləri Qəzzaya qarşı qızışdırır`

İslami Müqavimət Hərəkatı (Həmas) Siyasi Şura üzvlərindən olan Musa Əbu Mərzuk Fələstin adminstrasiyasının rəhbəri Mahmud Abbasın ərəbləri Qəzza zolağına hərbi əməliyyat keçirməyə razı salmağa çalışdıqlarını söyləyib.
 
Maide.az xəbər verir ki, Əbu Mərzuk facebookdakı şəxsi səhifəsində mövzu ilə əlaqədar verdiyi açıqlamada, "Abbasın açıqlamaları Qəzza zolağı üçün də bir "Qətiyyət Fırtınası" lazım olduğunu söyləyir", - deyib.
 
İşğalçı rejimin Qəzza zolağına blokada tətbiq etməyə və savaş açmağa təşviq edənlərin bu gün bir başqa yola baş vurduqlarını bildirən Əbu Mərzuk, Abbas və adamlarının Qəzza zolağında legitimliyi qorumaq üçün əməliyyat istəyərkən, hansı legitimliyi nəzərdə tutduqlarını sual edib.
 
"Qərb sahildəki işğalın legitimliyini, yoxsa Qəzza zolağına tətbiq olunan blokadanın legitimliyini nəzərdə tuturlar? Düşmənlə əməkdaşlıq legitimliyini, yoxsa təhlükəsizlik koordinasiya legitimliyini nəzərdə tuturlar?" deyən Əbu Mərzuk, işğal ordusunun üç fırtınasının Qəzza zolağında 4700 nəfərin şəhid olması və 26 min insanın yaralanmasına səbəb olduğunu xatırladıb.

Google+ WhatsApp ok.ru