Sudan: `İranın İsrailə qarşı müdafiə sistemi təklifini Səudla əlaqələrimiz pozulmasın deyə rədd etdik`

Maide.az xəbər verir ki, Sudan xarici işlər naziri Əli Karti maraqlı açıqlama verib. 
 
Londonda dərc olunan Səudiyyənin "Əl-Həyat" qəzetinə müsahibə verən Sudan xarici işlər naziri Əli Karti, "İran İsrailin Sudana etdiyi hücumdan sonra bizə Qırmızı dənizdəki qərb sahillərə havadan müdafiə sistemləri qurmağı təklif etmişdi. Ancaq buralarda iranlı ekspertlər də olacaqdı, iranlıların varlığı Səudiyyə Ərəbistanının maraqlarına zidd olduğu üçün biz bu təklifi rədd etdik" deyib.
 
İsrailin 2012-ci ildə Sudandakı bir zavoda təşkil etdiyi hava hücumunda 4 adam ölmüşdü.
 
İsrail rejimi isə Sudanı İranın Qəzza zolağındakı Həmasa silah göndərməsinə yardım etməklə günahlandırmışdı.

Google+ WhatsApp ok.ru