Ərdoğan özünü yandırdı - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfəri zamanı arzuolunmaz hadisə ilə üzləşib.
 
Ərdoğan Qazaxıstanın Türkistan şəhərindəki bir universitetdə ona verilən fəxri professorluq ünvanına görə təşəkkür nitqi ilə çıxış edib. 
 
Türkiyə prezidenti çıxışı zamanı ehtiyyatsızlıqdan əlini tribunanın üzərindəki masa lampasına vurub. Lampanın istiliyi səbəbiylə ani reflekslə əlini çəkən Ərdoğan çıxışına bir neçə saniyəlik ara verib. 
 
Daha sonra Ərdoğan sözlərinə qaldığı yerdən davam edib. 

Google+ WhatsApp ok.ru