İŞİD terrorçuları ABŞ konsulluğunu partlatdılar - VİDEO

Maide.az xəbər verir ki, bu gün səhər saatlarında İraqın Ərbil şəhərində ABŞ konsulluğu qarşısında terror aktı törədilib. Terrorçu-kamikadze partlayıcı quraşdırılmış avtomobili konsulluq binasının qarşısında partladıb.
 
Partlayış nəticəsində azı 3 nəfər ölüb, 14 nəfər yaralanıb. Həlak olanların şəxsiyyəti keçirilən ekspertizadan sonra məlum olacaq. 
 
Partlayış nəticəsində 12 avtomobil və 30 mağaza yararsız hala düşüb.
 
ABŞ Dövlət Departamenti terror aktı zamanı diplomatlardan heç birinin xəsarət almadığını açıqlayıb.  Departamentin bəyanatında bildirilir ki, Vaşinqton terror aktını pisləyir və İraq hakimiyyəti ilə terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlığı davam etdirmək niyyətindədir.
 
Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Google+ WhatsApp ok.ru