Ərəbistan: Səədənin bombalanması ardıcıl və sutkalıq olacaq 08 May 2015 01:00 Yəmən Maide.az-ın məlumatına görə, təcavüzkar səudiyyə koalisiyasının sözçüsü Əhməd Əsiri dünən gecə mətbuat konfransında təhdid edib ki, bundan sonra Yəmənin Səədə və Məran vilayətləri və onların ətrafındakı məntəqələr bombalanacaq. BMT Ərəbistanın Yəmənə qarşı hava hücumlarında həlak olanların sayının artmasından nigarançılıq edərək, bu 6 həftəlik hücumların qurbanlarının sayını 1400, yaralıların sayını isə 6 mindən yuxarı elan edib. Yəmənli mənbələr isə Ərəbistanın Yəmənə qarşı hava hücumlarında həlak olanların sayını üç min nəfərdən yuxarı olduğunu deyirlər. Məlumata görə, qida və içməli su əldə etmək əmin-aman məkanlar tapmaq üçün qaçmaqda olan Ədən şəhərinin sivil sakinləri Səudiyyə qırıcılarının hava hücumlarının hədəfinə çevrilərək, öldürülüblər. Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin dünən Yəmənə hərbi qüvvələrin göndərilməsi barədə xəbərdarlıq edərək, əlavə edib: "Gözlənilir ki, BMT-nin vasitəçiliyi ilə Yəməndə sülh müzakirələri bərpa olunacaq. Vitali Çurkin ümidvarlıq edib ki, Yəməndə beşgünlük atəşkəsin qurulması bu ölkədəki döyüşlərin daimi olaraq başa çatması ilə nəticələnəcək." Teqlər : #Ərəbistan: Səədənin bombalanması ardıcıl və sutkalıq olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Yəmənin bombalanmasında yeni bombalardan istifadə edib BMT-nin Yəmən məsələləri üzrə nümayəndəsi regiona səfər edib
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'